
Bakı. Trend:
Xalq deputatlarına rüşvət təklif etməkdə şübhəli bilinən və
barəsində məhkəmə tərəfindən girov qətimkan tədbiri seçilmiş “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün 33 milyon
qrivna (təxminən 760 min dollar) həcmində girovun tam məbləği
ödənilib.
Trend xəbər verir ki, bu
barədə “Transparency International Ukraine” məlumat yayıb.
Bu vəsaitin bir hissəsi – 12 milyon qrivnadan çoxu (təxminən 278
350 dollar) hələ yanvarın 20-də ödənilmişdi. Bu məbləğin 5 milyon
qrivnasını (təxminən 116 000 dollar) Sergey Vitaleviç Rabçuk, 8,65
milyon qrivnasını (təxminən 200 650 dollar) isə Oksana Vladimirovna
Fetisova ödəyib.
Qeyd edək ki, yanvarın 16-da Ukrayna məhkəməsi “Batkivşina”
Partiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı 33 milyon qrivna
məbləğində girov şəklində qətimkan tədbiri seçib.


