Yuliya Timoşenko üçün 765 min dollar girov məbləği ödənilib

Baş səhifə
Yuliya Timoşenko üçün 765 min dollar girov məbləği ödənilib

Ukraynada “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün tələb olunan tam məbləğdə – 33 milyon qrivna (765 min ABŞ dolları) məbləğində girov ödənilib.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya Ukraynanın Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi bildirib.

“Məhkəmənin Timoşenko üçün müəyyən etdiyi girov məbləği 33 milyon qrivna idi”, – məlumatda qeyd edilib.

Məhkəmə təfərrüatları açıqlamayıb.