
Gürcüstanda “Strategiya Aqmaşenebeli” Siyasi Birliyinin lideri Giorgi Vaşadze həbsxanadan çıxıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, azadlığa buraxıldıqdan sonra jurnalistlərə açıqlama verən G.Vaşadze həyəcanlı və nikbin olduğunu bildirib.
O, Gürcüstanda ədalətli, azad və inkişaf edən bir cəmiyyət qurmaq niyyətində olduqlarını vurğulayıb.
Siyasi birlik lideri müxalif qüvvələr arasında birliyin vacibliyinə də toxunaraq qeyd edib ki, məqsəd böyük və ümumi olduqda daha çox təşkilatlanma və əməkdaşlığa ehtiyac var.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

