Donald Tramp “JPMorgan Chase”ə qarşı məhkəmə iddiası qaldırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə
hücumdan sonra hesablarının bağlanması ilə əlaqədar olaraq ən böyük
Amerika banklarından biri olan “JPMorgan Chase” və bankın icraçı
direktoru Ceymi Daymon barəsində 5 milyard dollar məbləğində
məhkəmə iddiası qaldırıb.

Trend xəbər verir
ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.




Məlumata görə, Tramp bankı hesabların siyasi motivlərlə
bloklanmasında ittiham edir. İddia Florida ştatı məhkəməsinə
prezidentin özü və hotel biznesi sahəsində fəaliyyət göstərən bir
neçə şirkətin adından təqdim olunub. Sənəddə bildirilir ki, bank öz
etik kodeksini pozub, bunu isə birtərəfli qaydada, xəbərdarlıq
etmədən və vəziyyəti düzəltmək imkanı vermədən edib.

Həmçinin, iddiada “JPMorgan Chase” və onun rəhbəri Ceymi Daymon
“qanunsuz və əsassız” şəkildə məxfi məlumatların, o cümlədən
Trampın adının digər maliyyə qurumları üçün əlçatan olan qara
siyahıda açıqlanmasında ittiham olunurlar.