Danimarka ABŞ ilə müdafiə müqaviləsinin genişləndirilməsini dəstəkləyəcək

Baş səhifə

Bakı. Trend:

Danimarka ABŞ ilə Krallıq arasında 1951-ci il müdafiə
müqaviləsinin genişləndirilməsini dəstəkləyəcək.

Trend xəbər verir
ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Brüsseldə
həmkarları ilə görüşdən əvvəl açıqlayıb.

Frederiksen bildirib: “Bizim 1951-ci ildən bəri müdafiə
müqaviləmiz var. Əgər onu genişləndirə bilsək, əlbəttə ki, ondan
imtina etməyəcəyik”.




Məlumata görə, saziş ABŞ-nin Qrenlandiyada mövcudluğunun
çərçivəsini müəyyən edir. Saziş ABŞ-nin NATO-nun himayəsi altında
Danimarkaya Qrenlandiyanın müdafiəsində kömək etməsini nəzərdə
tutur. ABŞ bütün Qrenlandiyaya sərbəst giriş hüququna malik olsa
da, Danimarkanın razılığı olmadan yeni obyektlər yarada bilməz.

Baş nazir vurğulayıb ki, Danimarka və Qrenlandiya ABŞ ilə belə
bir razılaşma çərçivəsində işləyə biləcəklərini açıq şəkildə
bildiriblər. “Lakin bizim Qrenlandiyanın suverenliyi və öz
müqəddəratını təyin etməsi ilə bağlı prinsiplərimiz var və biz
onlara riayət edirik”, – deyə o qeyd edib.