Karaçidə ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 67-yə çatıb

Baş səhifə

Bakı. Trend:

Pakistanın cənubunda yerləşən Karaçi şəhərində “Gul Plaza”
ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin
sayı 67-yə yüksəlib.

Trend xəbər verir
ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.




Məlumata görə, yanğın yanvarın 17-si axşam saatlarında Karaçinin
sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci
mərtəbəsində başlayıb. Alov yalnız üç gün sonra tam nəzarət altına
alınıb və söndürülüb.

Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 60 nəfərin həlak
olduğu bildirilirdi. Həkimlərin açıqlamasına əsasən, indiyədək
faciənin 15 qurbanının şəxsiyyəti müəyyən edilib. Hazırda hadisə
yerində axtarış-xilasetmə əməliyyatları davam edir. İlkin
ehtimallara görə, dağıntılar altında 80-dən çox insan qala
bilər.