Yaponiyada yoxa çıxmış helikopteri aktiv vulkan kraterində aşkarladılar

Baş səhifə

Bakı. Trend:

Yaponiyada itkin düşən turistik helikopterin dağıntıları Aso
vulkanının kraterində tapılıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat
və Turizm Nazirliyi (MLIT) ölkənin cənub-qərbində yerləşən Kumamoto
prefekturasındakı Aso vulkanı ərazisində aparılan axtarış işlərinin
son vəziyyəti bərədə ictimaiyyəti məlumatlandırıb.




Nazirliyin açıqlamasında bildirilib ki, Nakadake krateri
daxilində helikopter gövdəsinə bənzər, ciddi zədələnmiş bir obyekt
aşkar edilib və aparılan araşdırma nəticəsində bu qalıqların bir
gün əvvəl itkin düşən turistik helikopterə aid olduğu
təsdiqlənib.

Helikopterdə bir pilot və iki Tayvanlı turistin olduğu qeyd
edilir. Güclü vulkanik qazlar və çətin relyef şəraiti səbəbindən
pilot və sərnişinlərə çatmaq üçün axtarış-xilasetmə əməliyyatları
hələ də davam edir.