İlham Əliyev: Sülh Şurası qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmlidir

Baş səhifə
İlham Əliyev: Sülh Şurası qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmlidir

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə yaradılan Sülh Şurasının Yaxın Şərqdə sülhü möhkəmləndirmək baxımından önəmli olduğunu bəyan edib.

“Report”un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, Davosda iki ölkə prezidentinin görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmini qeyd edib.

Görrüşdə Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və Azərbaycanın dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi.