
Bakı.Trend:
2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili
üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən
edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv
təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri
maddi-texniki baza ilə təmin edilib.
Trend xəbər
verir ki, bununla bağlı MÜTDA məlumat yayıb.
Bildirilir ki, peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud
olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib.
Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar
öyrədilir.
Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki
məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş
etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış
keçirilib.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
direktor müavini Vəfa Yaqublu da iştirak edib. O bildirib ki,
məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı,
özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəlli
səriştələrinin formalaşması vacibdir.
Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı
olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək
bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.


