
Ötən il Azərbaycanda 6897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib.
“Report” xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il 80 min müraciət araşdırılıb:
“6897 inzibati xəta üzrə cərimə tətbiq edilib”.
Xidmət rəisi əlavə edib ki, əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib.
“Elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb”
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


