ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi özünə yeni iş tapıb

Baş səhifə
ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi özünə yeni iş tapıb

ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq Amerikanın lobbiçilik və kommunikasiya şirkəti BGRGroup-da yeni iş tapıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin direktoru Devid Urban sosial media səhifəsində məlumat verib.

“Dostum Kelloqun indi BGRGroup-dakı həmkarım olması ilə inanılmaz dərəcədə qürur duyuram! O, 58 ildən çox ölkəmizə şərəflə xidmət edib. Əvvəlcə təltif olunmuş döyüş veteranı, sonra isə görkəmli dövlət qulluqçusu kimi”, – deyə o, bildirib.

Şirkətin veb saytında qeyd olunub ki, Kelloq şirkətin məsləhət şurasında vəzifəni qəbul edib və ABŞ-ın milli təhlükəsizlik siyasəti, müdafiə texnologiyaları və beynəlxalq təhlükəsizlik məsələlərinə diqqət yetirəcək.