
İsrail ordusunun Qəzza Zolağına hücumları nəticəsində daha üç jurnalist öldürülüb.
APA xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Məlumata görə İsrailinin hücumları zamanı öldürülən jurnalistlərin ümumi sayı 260-a çatıb.
Əbdül Rauf Samir Şaat, Məhəmməd Salah Qaşta və Ənəs Abdullah Qanim adlı Misir Yardım Komitəsinin media qrupunda çalışan üç jurnalist İsrail ordusunun hava hücumları zamanı həlak olub.


