İndoneziyanın mərkəzində 5,7 bal gücündə zəlzələ oldu

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın mərkəzindəki Qorontalo şəhərindən (Sulavesi adası)
70 km cənub-qərbdə, Tomini körfəzi sularında 5,7 bal gücündə
zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.




Filialın əməliyyat emalı məlumatlarına əsasən, zəlzələnin
episentri Sulavesi adası sahillərindən təxminən 54 km məsafədə
olub.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ “kifayət
qədər güclü” kimi qiymətləndirilib.