Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”ı məğlub edib

Baş səhifə

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda “Ayntraxt”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 21:45-də start verilib.

Gərgin keçən matçda azarkeşlər 5 qola şahidlik ediblər. Oyun təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur

21 yanvar

21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya) 3:2

Qol: K. Duran, 4, 80, C. Uzun, 11, F.Çaibi,78(pen)

Baş hakim: Sandro Şerer (İsveçrə)