“Netflix”in ötən il abunəçilərinin sayı 320 milyonu keçdi

Baş səhifə

Bakı. Trend:

“Netflix” ötən il abunəçilərinin sayını 325 milyona çatdıraraq
yeni rekord müəyyənləşdirib.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üçün
açıqladığı hesabatında deyilir.

Hesabat dövründə şirkətin gəlirləri illik müqayisədə 17,6 faiz
artaraq 12 milyard dolları ötüb. Həmçinin şirkətin xalis mənfəəti
2,42 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə
təxminən 29 faiz çoxdur.




“Netflix” hazırda “Discovery” kanalını 100 milyard dollara satın
almağa çalışır. Onun bu məsələ ilə bağlı “Paramount” şirkəti ilə
rəqabəti yaranıb.

Qeyd edək ki, “Paramount” şirkətinin arxasında ABŞ Prezidenti
Donald Trampın tərəfdarı kimi tanınan texnologiya milyarderi Larri
Ellison dayanır.