
Bakı. Trend:
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam
söndürülüb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
xxx
13:48
Bu gün saat 12:30 radələrində Nərimanov rayonundan yanğın baş
verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzinə çağırış qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım
briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1
nəfərə yerində ilkin tibbi yardım göstərilib.
13:48
xxx
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri,
Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş
vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi
işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına
fəal müdaxilələr edilir.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika
və canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
13:11
xxx
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı
şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən
obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.
Əlavə məlumat veriləcək.
12:28
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində obyektdə
yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
edir.
Əlavə məlumat veriləcək.


