Naxçıvanda büdcə gəlirləri 11 %-dən çox artıb

Baş səhifə
Naxçıvanda büdcə gəlirləri 11 %-dən çox artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında büdcə gəlirləri 290,65 milyon manat təşkil edib.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 11,3 % çoxdur.

Ötənilki büdcə daxilolmalarının 260,4 milyon manatı vergi orqanlarının, 18,3 milyon manatı gömrük orqanlarının, 2,5 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 9,45 milyon manatı isə digər mənbələrin payına düşüb.

Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki ilə nisbətən 5,3 % çox – 39 milyard 131,2 milyon manat təşkil edib.