
Bakı. Trend:
Bu gün “Karbamid” zavodu daxili gübrə tələbatını 100% qarşılayır
və Azərbaycan gübrə sahəsində mühüm ixracatçıya çevrilib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(SOCAR) “Karbamid” zavodunun direktoru Kutay Durna bu gün rəhbərlik
etdiyi müəssisənin Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak”
Şəbəkəsinə üzv qəbul edilməsi və zavodda həyata keçirilən
layihələrə dair tədbirdə deyib.
Onun sözlərinə görə, Karbamid zavodu daxili tələbatı 100%
qarşılayır ki, bu da ümumi istehsalın 12%-ni təşkil edir:
“Hazırda biz zavodda istehsal edilən gübrənin Ukrayna, Rumıniya,
Bolqarıstan, Türkiyə və Kanadaya ixracını da həyata keçiririk.
Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə
bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsa edir.
Ümumilikdə, zavodun istehsal gücü illik 650 min ton həcmindədir.
Müştərilərimizin 95%-dən çoxu kənd təfərrüatı üzrədir, çünki
karbamid gübrə kimi tətbiq edilir”.


