
İsveçin Baş naziri Ulf Kristersson ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirak etməyəcəklərini bildirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Davosda jurnalistlərə bildirib.
“Bunu digər Aİ ölkələri ilə müzakirə edəcəyik, lakin hazırkı vəziyyətdə İsveç Sülh Şurasında iştiraka imza atmayacaq”, – o deyib.
Qeyd edək ki, daha əvvəl Norveç və Fransa da Şuranın indiki formatına təsisçi ölkə kimi daxil olmayacaqlarını bəyan ediblər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


