Masallıda 3500 abonentin qazı kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin
iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz
xəttinin zədələnməsi qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.




Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq
Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük
Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı
kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3500 abonentin qaz
təchizatının 21.01.2026-cı il tarixində saat 15:00-dan etibarən
işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması
planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik.