Ukraynanın Adıgey Respublikasına PUA hücumu zamanı 13 nəfər yaralanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Adıgey Respublikasının rəhbəri Murat Kumpilov bildirib.
Onun sözlərinə görə, gecə saatlarında respublikanın Taxtamukayski rayonunda baş verən dron hücumunda 13 nəfər yaralanıb.
Kumpilov özünün Teleqram kanalında yazıb ki, yaralılardan 9-u xəstəxanaya yerləşdirilib.

