Cənubi Koreyanın sabiq baş nazirinə 23 il həbs cəzası verildi

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada birinci instansiya məhkəməsi ölkənin keçmiş Baş
naziri Xan Dok Sunu 23 il azadlıqdan məhrum edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, o, 2024-cü ildə hərbi vəziyyətin elan
olunması ilə əlaqədar konstitusiya nizamına qarşı qiyam işi üzrə
təqsirli bilinib.




Han Dok Su qiyamda əsas fiqurlardan biri olmaqda və
sui-qəsdçilərin liderinə – sabiq prezident Yun Sok Yola – yardım
göstərməkdə ittiham olunurdu. Prokurorluq onun üçün 15 il həbs
cəzası tələb etmişdi.

2024-cü ilin dekabrında Yun Sok Yol konstitusiyanı pozaraq hərbi
vəziyyət elan etmiş, nəticədə sonradan hakimiyyətdən
uzaqlaşdırılmışdı. Həmin dövrdə Han Dok Su baş nazir vəzifəsini
tuturdu və daha sonra Koreya Respublikasının prezidentinin
səlahiyyətlərini müvəqqəti icra etmişdi.