ABŞ NATO-nun məsləhət qruplarında iştirak səviyyəsini azaltmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını
azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə “The Washington Post” qəzeti mənbələrə istinadla məlumat
yayıb.

Məlumata görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbi
qulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu,
o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlim
keçən Mükəmməllik mərkəzlərində iştirakının azaldılmasını nəzərdə
tutur.




Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkmək
niyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatan
hərbçilərin əvəz olunmaması planlaşdırılır.

Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətində
iştirakı tamamilə dayandırılmayacaq.

İki ABŞ rəsmisinin sözlərinə görə, bu dəyişikliklər bir neçə
aydır müzakirə olunur. Qəzetin mənbələrindən biri isə bu qərarların
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi ilə
əlaqəli olmadığını qeyd edib.