Xankəndi sakini: Yurduma qayıtmağıma görə sevinc hissi keçirirəm

Baş səhifə
Xankəndi sakini: Yurduma qayıtmağıma görə sevinc hissi keçirirəm

Yurduma qaytmağıma görə sevinc hissi keçirirəm.

Bunu “Report”a Xankəndi sakini Familə Vəliyeva deyib.

O, qeyd edib ki, uzun illərdir həsrətində olduğu yurduna qayıtmağına sevinir:

“Xankəndidən 33 il əvvəl çıxmışdım. Yurdumuza qayıtmağımıza şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Bir otaqlı mənzillə təmin edilmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günümüzə şükür olsun”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə – 162 nəfər köçürülüb.