Cənubi Koreya prezidentinə qarşı sui-qəsd cəhdi terror kimi tanındı

Baş səhifə

Bakı. Trend:

Koreya Respublikası hökuməti 2024-cü ilin yanvarında, hazırda
ölkə prezidenti vəzifəsini tutan, o vaxt isə müxalifət “Toburo”
Demokrat Partiyası partiyasının sədri olmuş Li Çje Myona qarşı
törədilmiş sui-qəsd cəhdini rəsmi olaraq terror aktı kimi
tanıyıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş nazirinin
ofisi məlumat yayıb.




Məlumata əsasən, 2016-cı ildə terrorizmə qarşı mübarizə haqqında
qanunun qüvvəyə minməsindən bəri ilk dəfədir ki, bir hadisə hökumət
səviyyəsində terror aktı kimi təsnif edilir.

2024-cü il yanvarın 2-də bir hücumçu Li Çje Myona uzun bıçaqla
boyun nahiyəsindən xəsarət yetirib. Cinayətkar hazırkı dövlət
başçısı Myon Busanda yeni hava limanının tikinti sahəsinə səfəri
zamanı özünü siyasətçinin tərəfdarı kimi təqdim edərək ondan
avtoqraf istəyib və ona yaxınlaşıb. Saxlanıldıqdan sonra polisə
etiraf edib ki, Li Çje Myonun prezident olmaması üçün onu öldürmək
niyyətində olub. 2025-ci ilin iyulunda hücumçu 15 il müddətinə
azadlıqdan məhrum edilib.