SOCAR kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Baş səhifə
SOCAR kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

SOCAR-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər.