
Bakı.Trend:
Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında
şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və
sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat
vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların
ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili
dərhal yolun kənarına çəkməsi vacibdir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilir.
Qeyd edilir ki, yollarda sürücülər üçün təhlükəli vəziyyət
yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi
endiriləcək.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol
hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin
ediləcək.


