
Yevlaxda beş otaqlı ev yanıb.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gülövşə kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


