
Bakı. Trend:
Vaşinqtonun ada ilə bağlı iddiaları fonunda Şimali Amerikanın
Aerokosmik Müdafiə Komandanlığının (NORAD) hərbi təyyarələri
ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək.
Trend-in
məlumatına görə, bu barədə NORAD “X” sosial şəbəkəsində paylaşım
edib.
Bildirilib ki, təyyarələr Pituffik bazasında ABŞ, Kanada və
Qrenlandiya arasında davamlı müdafiə əməkdaşlığına əsaslanan,
əvvəlcədən planlaşdırılmış müxtəlif tədbirlərə dəstək
göstərəcəklər.
Məlumatda qeyd olunub ki, bu fəaliyyət Danimarka Krallığı ilə
əlaqələndirilib və bütün dəstək qüvvələri müvafiq diplomatik
icazələr əsasında fəaliyyət göstərir. Qrenlandiya hökumətinin də
planlaşdırılan tədbirlər barədə məlumatlandırıldığı vurğulanıb.


