Bakı. Trend:
Böyük Britaniya Norveçdə dislokasiya olunmuş hərbi
qulluqçularının sayını iki dəfə artırmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bunu Birləşmiş Krallığın xarici işlər naziri İvett
Kuper İcmalar Palatasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 50 ildən artıqdır ki, Böyük Britaniyanın
Kral Dəniz Piyadaları Norveçin Arktika bölgəsində təlimlər keçirir.
“Lakin biz öhdəliklərimizi artırırıq və oradakı dəniz piyadalarının
sayını üç il ərzində mindən 2 minə çatdırırıq”, – deyə nazir
vurğulayıb.
İvett Kuper əlavə edib ki, Britaniya tərəfi 2026-cı il ərzində
Şimali Atlantikada və Uzaq Şimalda bir sıra hərbi təlimlərdə
iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Böyük Britaniyanın Kral Dəniz Piyadalarının “Camp
Viking” bazası Norveçin Arktika bölgəsində 2023-cü ilin martında
yaradılıb və növbəti 10 il ərzində Britaniya qüvvələrinin Arktikada
yerləşdirilməsi və hazırlanması üçün əsas mərkəzə çevrilib. Baza
Everbiqd qəsəbəsində yerləşir və Norveç Hərbi Hava Qüvvələrinin
Bardufos bazasından 40 kilometr məsafədədir. Həmin bazada Britaniya
kommandolarının helikopter bölməsi dislokasiya olunub.

