ABŞ-də zəncirvarı qəza baş verdi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Miçiqan ştatında 100-dən çox avtomobil zəncirvarı qəzaya
uğrayıb.

Trend “Associated
Press” agentliyinə istinadən xəbər verir ki, aralarında azı 30 yük
maşınının da olduğu nəqliyyat vasitələri bir-biri ilə toqquşub və
yoldan kənara çıxıb. Qəza güclü qar yağması səbəbindən baş
verib.




Yerli polisin məlumatına görə, hadisə nəticəsində çox sayda
insan xəsarət alıb, lakin ölən yoxdur.