FIFA milli komandaların 2026-cı il üçün ilk reytinqini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

FIFA milli komandaların 2026-cı ildə ilk reytinq cədvəlini dərc
edib.

Trend FIFA-nın
rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi
reytinqdə 127-ci yerdə qərarlaşıb. Yığmamız əvvəlki reytinqlə
müqayisədə mövqeyini dəyişməyib və 1132.97 xalla eyni pillədə
qalıb.




Reytinq cədvəlinin ilk üçlüyündə də dəyişiklik qeydə alınmayıb.
İspaniya millisi 1877.18 xalla liderliyini qoruyub saxlayıb.
Argentina 1873.33 xalla ikinci, Fransa isə 1870 xalla üçüncü
pillədə yer alıb.