Rəsmi Bakı Pakistana başsağlığı verdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki
ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını
itirənlərin olması ilə bağlı Pakistana başsağlığı verib.

Trend xəbər verir
ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Paylaşımda bildirilib: “Kəraçidəki ticarət mərkəzində günahsız
insanların həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi
yanğın hadisəsindən dərin kədər hissi keçiririk. Qurbanların
ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə ürəkdən
başsağlığı veririk.”