Bakı. Trend:
Türkiyənin “Qalatasaray” klubu hücum xəttini yeni oyunçu ilə
gücləndirməyi planlaşdırır.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, İstanbul nəhəngi “Atletiko”da çıxış edən
Tiaqo Almadanı transfer etmək istəyir.
“Sarı-qırmızılar” Argentina millisinin üzvü üçün İspaniya klubu
ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, “Atletiko” Tiaqo Almaadanı mövsümün əvvəlində “Botafoqo”dan 21 milyon avroya transfer edib.

