“Karvan-Yevlax” klubu sabiq baş məşqçisi ilə bağlı öhdəlikləri yerinə yetirib

Baş səhifə
Karvan-Yevlax klubu sabiq baş məşqçisi ilə bağlı öhdəlikləri yerinə yetirib

“Karvan-Yevlax” klubu sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

Bu barədə “Report”a Yevlax təmsilçisindən məlumat verilib.

Bildirilib ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı:

“Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilmiş və müqaviləyə xitam verilmişdir. Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunmuşdur. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik”.