
Bakı.Trend:
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim
Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri
tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi
və konfransında (“DIMDEX 2026”) iştirak etmək məqsədilə bu ölkədə
səfərdədir.
Trend xəbər
verir ki, Müdafiə nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəniz təhlükəsizliyi və müdafiə sahəsində
beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan “DIMDEX 2026” sərgisinin rəsmi açılış mərasimindən sonra
general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi
nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış
keçiriblər.


