Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Emmanuel Addaiyə Türkiyə Superliqasından
maraq var.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçini “Konyaspor”
heyətinə cəlb edə bilər.
Bildirilib ki, yeni baş məşqçi Çağdaş Atan sol cinah üçün iki
oyunçunu nəzərdən keçirir. Konya təmsilçisi ilk növbədə “Eyyüpspor”dan Prins Ampemi heyətə cəlb etmək istəyir. Qanalı
yarımmüdafiəçi “Konyaspor”un ən çox maraqlandığı adlardan biridir. “Eyüpspor”da üçüncü mövsümünü keçirən oyunçu İstanbul klubunda 84
matça 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
Əgər Ampemin transferi baş tutmasa, “Konyaspor” diqqətini
Azərbaycana yönəldəcək. Xəbərdə bildirilib ki, Avropadakı uğurlu
çıxış ilə diqqətləri cəlb edən “Qarabağ”ın cinah oyunçusu “Konyaspor”un transfer siyahısındadır. 24 yaşlı Addai bu mövsüm “Qarabağ”da 28 oyuna çıxıb və 4 qolub. Onun Ağdam klubu ilə
mövsümün sonuna qədər müqaviləsi var.

