
Bakı. Trend:
Yaponiyanın Niiqata prefekturasında yerləşən dünyanın ən böyük
atom elektrik stansiyası (AES) olan “Kaşivazaki-Karivada”nın 6-cı
reaktorun yanvarın 20-də yenidən işə salınması təxirə salınıb.
Trend-in
məlumatına görə, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən
xəbər verib.
Məlumata əsasən, buna səbəb siqnalizasiya sistemindəki nasazlıq
olub.
Bildirilib ki, yanvarın 17-də nüvə elektrik stansiyasının
operatoru “TEPCO” idarəetmə çubuqlarının çıxarma sistemini sınaqdan
keçirib. Bir çubuğun artıq çıxarıldığı bir vəziyyətdə, daha bir
çubuq da çıxarıldı, lakin bununla işə salınmalı olan siqnalizasiya
işə salınmadı. Şirkətin özünün sonradan izah etdiyi kimi, bu, səhv
qurulmuş siqnalizasiya sistemi səbəbindən baş verib.
Mütəxəssislər lazımi yoxlamaları aparırlar, lakin bu, bir neçə
gün çəkəcək. Buna görə də planlaşdırılan yenidən işə salınma
tədbirinin təxirə salınması qərarı verilib.

