
Bakı. Trend:
Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündə
zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti xəbər
verib.
Məlumata əsasən, təbii fəlakətin episentri Yeni Zelandiyanın
Stüart adasından təxminən 160 km cənub-qərbdə yerləşib. Zəlzələnin
ocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.


