Suriyada SDQ ilə atəşkəş razılaşması imzalandı

Baş səhifə

Bakı. Trend:

Suriyanın keçid dövrü üçün prezidenti Əhməd əl-Şara “Suriya
Demokratik Qüvvələri” (SDQ) ilə bütün cəbhələrdə atəşkəsi əhatə
edən razılaşmanı təsdiqləyib.

Trend-in məlumtına
görə, bu barədə “Sуria TV” televiziya kanalı xəbər verib.




Məlumata əsasən, yeni razılaşmalara əsasən, kürd koalisiyası
olan “Suriya Demokratik Qüvvələri”nin (SDF) bütün bölmələri Fərat
çayının şərq sahilinə köçürüləcək.

Sənəd ilə həmçinin hökumət ordusunun bazar günü ələ keçirdiyi
Deyr əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin
Suriya hakimiyyətinə keçdiyi təsdiqlənib.