
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu baş məşqçisi Dino Toppmöllerlə əməkdaşlığa xitam verib.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qərar son həftələrin hərtərəfli idman və struktur təhlilinin, həmçinin yeni təqvim ilindəki ilk üç oyunun nəticəsidir. Dino Toppmöller baş məşqçi postuna 2023/2024 mövsümündə gəlib və heyətdəki çoxsaylı dəyişikliklərdən sonra klubu beynəlxalq arenalara çıxarıb.
Onun rəhbərliyi altında Frankfurt təmsilçisi UEFA Avropa Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
Qeyd edək ki, D.Toppmöller 2024/2025 mövsümündə Almaniya Bundesliqasını üçüncü pillədə başa vuraraq klub tarixinin ən yaxşı nəticəsinə imza atıb və komandanı ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


