
Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və
qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin
əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32
yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9
kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə
etdiyini bildirib.
Araşdırmalar davam etdirilir.


