Deyr əz-Zorun bir rayonu YPG-dən azad olunub

Baş səhifə
Deyr əz-Zorun bir rayonu YPG-dən azad olunub

Suriyada Fərat çayının şərqindəki Deyr əz-Zor vilayətində üsyan edən qəbilələr və Fəratın qərbindən bölgəyə gələn qüvvələr “Əl-Ömər” neft və “Konoko” təbii qaz yataqlarının yerləşdiyi bölgəni YPG terrorçularından xilas ediblər.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

ABŞ əvvəllər baza kimi istifadə etdiyi bu yataqlardan geri çəkiləndən sonra bölgənin təhlükəsizliyi risk altında idi. Lakin Suriya ordusunun əməliyyatı fonunda yerli qəbilələrin də hərəkətə keçməsi ilə Deyr əz-Zorda 10-a yaxın qəsəbə və kənd azad olunub.