Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub

Baş səhifə
Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub

“Real Madrid”in hücumçusu Kilian Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İspaniya çempionatının XX turunda “Levante” ilə matçda (2:0) vurulan qol 27 yaşlı hücumçunun peşəkar səviyyədə karyerasında 412-ci qol olub. Bu nailiyyət sayəsində Mbappe 411 qolla çıxışlarını başa vuran Tyer Anrini qabaqlayıb.

Reytinqdə əvvəlki kimi Kərim Benzemadır. Hazırda “Əl-İttihad”da oynayan Fransa millisinin keçmiş kapitanı həm klubunda, həm də milli komandada 513 qol vurub.