Aya insanlı uçuş üçün nəzərdə tutulan SLS raketi buraxılış meydançasına çatdırılıb

Baş səhifə

Bakı. Trend:

Aya insanlı missiya üçün nəzərdə tutulan “Orion” kosmik gəmisini
daşıyan “Space Launch System” (SLS) raketi Floridadakı buraxılış
meydançasına gətirilib.

Trend xəbər verir
ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar
Administrasiyası (NASA) məlumat yayıb.

Agentliyin açıqlamasında deyilir: “Artemis II raketimiz
buraxılış meydançasındadır. SLS raketi və Orion kosmik gəmisi
Kennedi Kosmik Mərkəzində yerləşən Şaquli Yığım Binasından
çıxarılaraq buraxılış meydançasına çatdırılıb”.




“NASA”nın əvvəlcədən bildirdiyinə görə, dörd astronavtı Ay
ətrafına göndərəcək Artemis II missiyasının buraxılış pəncərəsi 6
fevralda açılacaq.

“NASA”nın administratoru Cared Ayzekman yanvarın 17-də keçirilən
mətbuat konfransında dəqiq buraxılış tarixinin hələ
müəyyənləşdirilmədiyini bildirib. Onun sözlərinə görə, buraxılışdan
əvvəl bütün sınaqlar tamamlanmalıdır. Ayzekman heyətin və texniki
mütəxəssislərin missiyaya yüksək səviyyədə hazır olduğunu da
vurğulayıb.