Panamada 5 356 bağlama şübhəli narkotik maddə müsadirə edilib

Baş səhifə

Bakı. Trend:

Panamanın Milli Dəniz Aviasiya Xidməti ölkə prokurorluğu ilə
birgə Las Perlas arxipelaqına daxil olan Rey adasında, Bongo
çimərliyində keçirilən əməliyyat zamanı şübhəli narkotik maddələr
olan 5 356 bağlama müsadirə edib.

Trend xəbər verir
ki, bu barədə Panamanın Milli Dəniz Aviasiya Xidməti X sosial
şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, şübhəli gəmi qanunsuz dəniz nəqliyyatının
qarşısının alınmasına yönəlmiş kəşfiyyat və patrul missiyaları
zamanı aşkar edilib. Gəmi görünəndən sonra qaçmağa cəhd göstərsə
də, sonda qayalı çimərlikdə quruya oturub.




Qeyd olunur ki, heyət üzvləri gəmini tərk edərək meşəlik əraziyə
qaçıblar. Qayıq isə qayalara dəyməsi nəticəsində gövdəsinə ziyan
dəyib və tərk edilib.

Yoxlama zamanı gəmidə ümumilikdə 120 kisədə qablaşdırılmış 5 356
paket şübhəli narkotik maddə aşkar edilib.