Bakı. Trend:
Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları mis kabel
oğurluğu ilə məşğul olan dəstəyə məxsus 4,5 milyon avro dəyərində
malikanəni və bir neçə digər əmlakı müsadirə ediblər.
Trend xəbər verir
ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yanvar ayında başlayan araşdırma
zamanı müstəntiqlər oğruların Parisin İl-de-Frans bölgəsində Orange
mobil operatorunun obyektlərində aparılan təmir işləri zamanı
subpodratçının himayəsi altında fəaliyyət göstərdiklərini müəyyən
ediblər.
Jandarmeriyanın açıqlamasında bildirilir ki, 1 yanvar 2024-cü
ildən bu günədək qanunsuz şəkildə çıxarılan materialın həcmi 189
ton mis kabel təşkil edib ki, bunun da bazar dəyəri təxminən 900
min avroya bərabərdir.
İş üzrə iki şirkət rəhbəri və onların maliyyəçisi saxlanılaraq
həbs edilib.

