
Bakı. Trend:
İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində Mançester
derbisi keçirilib.
Trend xəbər verir
ki, “Mançester Yunayted” doğma “Old Trafford” stadionunda
“Mançester Siti”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin
qələbəsi ilə yekunlaşıb.
Bu, “Qırmızı şeytanlar”ın yeni baş məşqçi Maykl Kerrikin
rəhbərliyi altında keçirdiyi ilk oyun olub və komanda matçda inamlı
çıxışı ilə yadda qalıb.
Premyer Liqanın 22 turundan sonra “Mançester Yunayted” 35 xalla
turnir cədvəlində dördüncü, “Mançester Siti” isə 43 xalla ikinci
pillədə qərarlaşıb.


