
Bakı. Trend:
“Çelsi” futbol klubu Fransanın “Renn” komandasının 20 yaşlı
fransız müdafiəçisi Jeremi Jakeni transfer siyahısına əlavə
edib.
Trend xəbər verir
ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, İngiltərə təmsilçisi artıq “Renn” klubu ilə
danışıqlara başlayıb. Yekun qərarın yaxın vaxtlarda verilməsi
gözlənilir.
Qeyd edək ki, Jeremi Jake bu mövsüm bütün turnirlərdə 17 oyunda
meydana çıxıb. Futbolçunun bazar dəyəri 20 milyon avro olaraq
qiymətləndirilir.

