
Bakı. Trend:
İranda son vaxtlarda baş verən iğtişaşlar nəticəsində bir neçə
min insan öldürülüb.
Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei
bu gün (17 yanvar) Tehranda bir qrup İran vətəndaşı ilə görüşündə
deyib.
“Ölkədə keçirilən dinc aksiyalar fitnəkarlar tərəfindən
iğtişaşlara çevrilib və iğtişaşçılar ölkədə müxtəlif cinayətlərə əl
atıblar”, – deyə o qeyd edib.
Xamenei bildirib ki, iğtişaşlar zamanı ölkədə 250-dən çox məscid
dağıdılıb, 250-dən çox təhsil müəssisəsinə və sairə ictimai əmlaka,
dövlət idarələrinə və sairəyə xəsarət vurulub.
İranın Ali Lideri İranda baş verən hadisələrə görə, qərb
ölkələrini qınayıb.
Xamenei ölkədə məkrli planlara son qoyulduğunu deyib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.


